Reklam resmi
Reklam resmi

Dağıstanda təhlükəsizliklə bağlı məlumatların yayımına qadağa qoyulub

Dağıstanda təhlükəsizliklə bağlı məlumatların yayımına qadağa qoyulub
Dünya

Dağıstan rəhbəri Sergey Melikov bölgə sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bəzi məlumatların dərcini və yayılmasını qadağan edən fərman imzalayıb.

Ajans.az xəbər verir ki,bu barədə respublikanın mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidentinin fərmanına uyğun olaraq hazırlanan sənədə əsasən, mediada, rabitə kanallarında və internet resurslarında terror aktları və təxribatların nəticələri barədə foto, video və digər məlumatların dərcinə icazə verilmir.

Qadağa həmçinin Ukrayna Silahlı Qüvvələrinin Dağıstan ərazisindəki mümkün PUA hücumları və onların nəticələri barədə məlumatlara da şamil olunur. Buraya dronların növü, buraxılış və qəza yerləri, eləcə də dəymiş zərər barədə informasiyalar daxildir.

Bundan əlavə, Hava Hücumundan Müdafiə və Elektron Müharibə qüvvələrinin fəaliyyəti, hərbi obyektlərin və mühüm infrastrukturun (körpülər, yanacaq və rabitə qurğuları və s.) yerləri barədə məlumatların dərcinə də qadağa qoyulub.

Məhdudiyyət yalnız dövlət orqanlarının rəsmi resursları və onların yayımladığı məlumatlara şamil olunmur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Dağıstan təhlükəsizlik

Digər Xəbərlər