Reklam resmi
Reklam resmi

Ərdoğan: Qəzza razılaşması Fələstin problemini həll etmir

Ərdoğan: Qəzza razılaşması Fələstin problemini həll etmir
Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail ilə HƏMAS arasında əldə edilən son razılaşma Fələstin məsələsinin həlli kimi qiymətləndirilməməlidir.

Ajans.az xəbər verir ki,onun sözlərinə görə, bu razılaşma yalnız atəşkəs xarakteri daşıyır və problemin əsas səbəblərini aradan qaldırmır.

“Bu razılaşmanı Fələstin probleminin həlli kimi dəyərləndirmək düzgün olmazdı. Bu, mahiyyət etibarilə sadəcə atəşkəs razılaşmasıdır. Bizim fikrimizcə, Fələstin məsələsinin yeganə ədalətli həlli – 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan, müstəqil, suveren və coğrafi baxımdan bütöv Fələstin dövlətinin yaradılmasıdır”, – deyə Ərdoğan Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

Türkiyə lideri əlavə edib ki, Ankara bu istiqamətdə fəaliyyətini davam etdirəcək:

“Türkiyə əvvəllər olduğu kimi, bu hədəfə çatmaq üçün qətiyyətlə mübarizə aparacaq. Biz təmin etməliyik ki, İsrail hökuməti verdiyi vədlərə əməl etsin. Təəssüf ki, İsrailin bu məsələdəki əvvəlki davranışları çox zəifdir. Əminəm ki, İsrailə, xüsusilə də ABŞ-a təsir imkanına malik olan qüvvələr, bundan sonra da lazım olan addımları atacaqlar”.

Ərdoğan beynəlxalq ictimaiyyəti də məsuliyyətli mövqe tutmağa çağırıb və bildirib ki, bölgədə davamlı sülh yalnız Fələstin xalqının hüquqlarının tanınması və təmin edilməsi ilə mümkündür.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Qəzza Fələstin Rəcəb Tayyib Ərdoğan

Digər Xəbərlər