Reklam resmi
Reklam resmi

Tramp Qəzza münaqişəsinin başa çatdığını elan edib

Tramp Qəzza münaqişəsinin başa çatdığını elan edib
Gündəm

ABŞ Prezidenti Donald Tramp İsrailə səfəri çərçivəsində Knessetdə çıxış edərək, Qəzza zolağında baş verən münaqişənin sona çatdığını bəyan edib.

Ajans.az Prezident Tramp bildirib ki, Fələstinin HƏMAS hərəkatı sülh planında nəzərdə tutulan tərksilah şərtini qəbul edib. Onun sözlərinə görə, bu razılaşma regionda uzunmüddətli sabitliyin bərqərar olunması üçün mühüm addımdır.

Knessetdəki çıxışından sonra Tramp qonaq kitabçasında etdiyi qeyddə bu günü "böyük" və "yeni başlanğıc" adlandırıb.

Prezident Trampın bu açıqlaması beynəlxalq aləmdə diqqətlə izlənilir və bölgədə sülh prosesinin yeni mərhələyə keçidinin göstəricisi kimi qiymətləndirilir.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Donald Tramp Qəzza zolağında baş verən münaqişə Son

Digər Xəbərlər