ABŞ-də təyyarə qəzası: İki nəfər həlak olub
ABŞ-ın Texas ştatında, Fort-Uort şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər həyatını itirib.
Ajans.az xəbər verir ki,bu barədə məlumatı Dallas Morning News yayıb.
Qəzetin yazdığına görə, təyyarə sənaye zonasında yerləşən dayanacaq sahəsinə çırpılıb, orada yerləşən avadanlıqlara ziyan vurub və qəza nəticəsində alovlanıb.
Hadisə ilə bağlı ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) araşdırmalara başlayıb. Qəzanın Beech King Air C90 tipli turboprop təyyarə ilə baş verdiyi bildirilib. Sözügedən model iki ekipaj üzvü və beş sərnişin üçün nəzərdə tutulub.
Hazırda təyyarədə neçə nəfərin olduğu və qəzanın səbəbləri barədə rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma davam edir.
Mövzular: