Reklam resmi
Reklam resmi

Qəzzada əsir mübadiləsi başlayıb

Qəzzada əsir mübadiləsi başlayıb
Dünya

Səhər saatlarından Qəzzada əsir və girovların mübadiləsinə başlanılıb.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu israilli əsirləri Qəzzanın şimalında qəbul etməyə hazırdır.

Əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtobusları ilə daşınır.

“Kətaib əl-Qəssam” silahlı qruplaşması bildirib ki, 20 israilli əsiri azad edəcək.

Məlumata görə, İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini, eləcə də 2023-cü ildə həbs edilmiş 1700 Qəzza sakinini azad etməyi planlaşdırır.

Mövzular:
Qəzza əsir mübadiləsi

Digər Xəbərlər