Bölgələrdə xəstəxanaların real vəziyyəti NECƏDİR?
Qəbələ rayonu Mərkəzi Rayon Xəstəxanası bölgələrdə tibbi infrastrukturun inkişafına nümunə ola biləcək səviyyədə fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş, 6 mərtəbəli xəstəxana binası gün ərzində yüzlərlə müraciəti qarşılayacaq imkanlara malikdir.
Ajans.az xəbər verir ki, xəstəxanaya gündəlik ortalama 700 və daha çox pasiyent müraciət edir. Bu müraciətlər çərçivəsində xəstələrə ümumilikdə 3 mindən artıq tibbi xidmət göstərilir. Müraciətlərin sayı bəzi günlərdə 1000-i keçsə də, müəssisə bütün müraciətlərə vaxtında və keyfiyyətli tibbi xidmət göstərmək gücündədir.
Xəstəxanada İcbari Tibbi Sığorta çərçivəsində zərfə daxil olan bütün xidmətlər pasiyentlərə ödənişsiz təqdim olunur. Bura laborator müayinələr, poliklinik xidmətlər, bir sıra əməliyyatlar, eləcə də MRT və KT kimi yüksək texnoloji diaqnostik prosedurlar daxildir.
Xüsusilə, turizm bölgəsi olan Qəbələdə bu xidmətin mövcudluğu həm yerli sakinlər, həm də turistlər üçün mühüm əhəmiyyət kəsb edir.
Посмотреть эту публикацию в Instagram