Reklam resmi
Reklam resmi

NATO oktyabrın 13-də nüvə qarşısının alınması üzrə təlimlərə başlayacaq

NATO oktyabrın 13-də nüvə qarşısının alınması üzrə təlimlərə başlayacaq
Dünya

NATO oktyabrın 13-dən etibarən illik nüvə qarşısının alınması üzrə "Sabit Günorta" (Steadfast Noon) adlı təlimlərinə start verəcək.

Ajans.az xəbər verir ki,bu barədə alyansın baş katibi Mark Rutte məlumat verib.

Onun sözlərinə görə, təlimlər zamanı real nüvə silahından istifadə nəzərdə tutulmur. Hava təlimlərinə həm nüvə, həm də nüvə silahına malik olmayan NATO üzvü dövlətlərin təyyarələri cəlb olunacaq.

Təlimlər çərçivəsində nüvə silahının istifadəsi ilə bağlı nəzəri ssenarilər, həmçinin Rusiyaya qarşı mümkün nüvə cavab zərbələri üçün praktiki alqoritmlər və manevrlər üzərində məşğələlər keçiriləcək.

Qeyd edək ki, "Sabit Günorta" təlimləri NATO tərəfindən hər il keçirilən planlı tədbirlər sırasına daxildir və alyansın kollektiv müdafiə strategiyasının bir hissəsidir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
NATO Steadfast Noon

Digər Xəbərlər