Reklam resmi
Reklam resmi

Netanyahu Trampa Nobel mükafatı verdiyi süni intellekt görüntüsünü yayıb

Netanyahu Trampa Nobel mükafatı verdiyi süni intellekt görüntüsünü yayıb
Dünya

İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ prezidentinin Nobel Sülh Mükafatına layiq görüləcəyi ilə bağlı artan ehtimallar fonunda maraqlı paylaşım edib. O, sosial şəbəkədə Donald Trampa Nobel Sülh Mükafatı medalyonunu təqdim etdiyi süni intellekt tərəfindən yaradılmış görüntüsünü yayımlayıb.

Ajans.az xəbər verir ki,Netanyahunun "X" (keçmiş Twitter) platformasında paylaşdığı şəkildə Tramp böyük ölçülü medal alarkən əllərini havaya qaldırır, ətrafda İsrail bayraqları dalğalanır və alqışlayan izdihamın üzərinə konfeti yağır. Prezident Trampın arxasında “Güc vasitəsilə sülh” yazılmış pankart asılıb.

Paylaşımda, həmçinin, “Donald Trampa Nobel Sülh Mükafatını verin — o, buna layiqdir” ifadəsi yer alıb.

Qeyd edək ki, bu paylaşım ABŞ-da Nobel Sülh Mükafatının builki laureatının elan olunması ərəfəsində edilib. Hələlik Trampın mükafata namizəd olub-olmadığı rəsmi şəkildə təsdiqlənməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Benyamin Netanyahu

Digər Xəbərlər