Reklam resmi
Reklam resmi

Qəzzada atəşkəs qüvvəyə minib

Qəzzada atəşkəs qüvvəyə minib
Dünya

Cümə günü yerli vaxtla saat 12:00-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü məlumat yayıb.

Ajans.az xəbər verir ki, saat 12:00-dan etibarən İsrail ordusu atəşkəs razılaşmasının icrasına və girovların geri qaytarılmasına hazırlıq məqsədilə yenilənmiş dislokasiya xətləri üzrə mövqe tutmağa başlayıb.

“İDF Cənub Komandanlığının qüvvələri bölgəyə yerləşdirilib. Mövcud təhlükələrə cavab olaraq mediaya məlumat verilməsi prosesi davam etdiriləcək,” – deyə rəsmi məlumatda qeyd olunur.

Atəşkəs razılaşması tərəflər arasında müvəqqəti humanitar fasilə yaradılması və girovların azad olunması istiqamətində razılaşdırılmış addımlar çərçivəsində həyata keçirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Qəzza Fələstin

Digər Xəbərlər