Reklam resmi
Reklam resmi

Kreml Trampın Ukraynada sülh üçün siyasi iradəsini qoruyacağına ümid edir

Kreml Trampın Ukraynada sülh üçün siyasi iradəsini qoruyacağına ümid edir
Dünya

Rusiya tərəfi ümid edir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində siyasi iradəsini qoruyub saxlayacaq.

Ajans.az xəbər verir ki,bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı açıqlama verib.

Rusiya mətbuatının məlumatına görə, Peskov bildirib ki, Rusiya və ABŞ prezidentləri arasında Alyaskada keçirilən görüş zamanı Ukrayna ilə bağlı nizamlanma istiqamətində müəyyən təkan yaranmışdı və bu impulsun hələ də aktual olduğunu düşünürlər.

“Sülh yolu ilə nizamlanmaya doğru irəliləmək istəyimizi davam etdirdiyimizi nəzərə alsaq, deyə bilərik ki, bu təkan canlıdır, mövcuddur və, ümid edirik ki, davam edəcək. Prezident Trampın bu istiqamətdə siyasi iradəsini qoruyacağına ümid bəsləyirik,” – deyə Peskov qeyd edib.

Kreml sözçüsü həmçinin əlavə edib ki, Ukrayna tərəfi Rusiyanın sülh təkliflərinə cavab vermədiyi üçün Kiyevlə İstanbulda aparılan danışıqlar prosesi dayandırılıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər