Reklam resmi
Reklam resmi

“Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri azadlığa buraxıldı

“Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri azadlığa buraxıldı
Gündəm

Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.

Ajans.az xəbər verir ki, bunu “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikova Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Bildirilib ki, bu barədə qərar Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşü ərəfəsində qəbul olunub.

Bununla yanaşı, “Kommersant” qeyd edib ki, Rusiya da öz növbəsində ölkə ərazisində saxlanılan Azərbaycan vətəndaşını sərbəst buraxıb. Həmin şəxsin kimliyi açıqlanmayıb.

Xatırladaq ki, o bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində keçirdiyi əməliyyat çərçivəsində saxlanılmışdı.

Mövzular:
İqor Kartavıx “Sputnik Azərbaycan”ın icraçı direktoru azadlıq

Digər Xəbərlər