Reklam resmi
Reklam resmi

Yardımlıda müəllim şagirdi döyüb? - RƏSMİ AÇIQLAMA

Yardımlıda müəllim şagirdi döyüb? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət

Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı qeyd edirik ki, hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

Ajans.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edilir.

Mövzular:
Lənkəran-Astara Regional Təhsil İdarəsi Hamarkənd kənd tam orta məktəbi Yardımlı rayonu

Digər Xəbərlər