Reklam resmi
Reklam resmi

Paşinyan yeni respublikanın yaradıldığını elan etdi

Paşinyan yeni respublikanın yaradıldığını elan etdi
Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan, ölkəsinin “sülh məntiqinə əsaslanan” Dördüncü Respublika mərhələsinə keçdiyini bəyan edib.

Ajans.az xəbər verir ki,bu barədə o, Telegram kanalında yayımladığı açıqlamada bildirib.

Paşinyan qeyd edib ki, yeni Konstitusiyanın qəbul edilməsi ilə Ermənistan Üçüncü Respublika dövrünə son qoyur və Dördüncü Respublika elan olunur. Onun sözlərinə görə, 1991-ci ildən qüvvədə olan Üçüncü Respublikanın hüquqi və siyasi təməli xalqın iradəsinə və sülh konsepsiyasına əsaslanmayıb.

“Üçüncü Respublika münaqişə məntiqi üzərində qurulub, biz isə sülh məntiqinə əsaslanan Dördüncü Respublika yaradırıq”, – deyə Ermənistan hökumət başçısı vurğulayıb.

Paşinyan həmçinin bildirib ki, yeni konstitusiya Ermənistanın daxili və xarici siyasətində sülhün əsas prioritet olduğunu təsdiqləyəcək və bu prinsip "aydın və danılmaz" şəkildə qəbul ediləcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Nikol Paşinyan

Digər Xəbərlər