Reklam resmi
Reklam resmi

Fransanın keçmiş baş naziri Makronu istefaya çağırıb

Fransanın keçmiş baş naziri Makronu istefaya çağırıb
Dünya

Fransanın keçmiş baş naziri Edouard Philippe prezident Emmanuel Makronu 18 aylıq səlahiyyət müddətinin bitməsinə qədər istefa verməyə çağırıb.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı “Financial Times” yayıb.

Philippe bildirib: “Fransa ölkəni zərər verən siyasi böhrandan nizamlı və layiqli şəkildə çıxarmalıdır. Bu vəziyyətin daha 18 ay davam etməsi çox uzun müddətdir”.

O, həmçinin yaxınlaşan parlament seçkilərində hakimiyyətin çoxluğunu təmin etməkdə yaranacaq çətinliklərə diqqət çəkərək, bunun ölkədəki böhranı daha da dərinləşdirə biləcəyini qeyd edib. “Financial Times” nəşri keçmiş baş nazirin hazırkı Fransa prezidentinin müttəfiqi olduğunu vurğulayır.

Bu çağırışlar Fransa siyasi arenasında geniş müzakirələrə səbəb olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Emmanuel Makron

Digər Xəbərlər