Slovakiya Baş naziri Avropa Komissiyasını “anti-Rusiya eynəklərini” çıxarmağa çağırıb
Slovakiyanın Baş naziri Robert Fiko Avropa Komissiyasını qərar qəbul edərkən "anti-Rusiya eynəklərini" çıxarmağa çağırıb.
Ajans.az xəbər verir ki,bu barədə onun çıxışı hökumətin rəsmi “Facebook” səhifəsində yayımlanıb (sosial şəbəkə Rusiyada qadağandır və "Meta" şirkəti ekstremist elan olunub).
Robert Fiko bildirib ki, Rusiyanın enerji təchizatından imtina Avropa İttifaqı (Aİ) üçün ciddi iqtisadi zərbə olacaq:
"Rusiyadan enerji tədarüklərini saxlamaq üçün gecə-gündüz mübarizə aparmağa hazıram. Avropa İttifaqını da bu tədarüklərdən imtinanın absurda əsaslanan ideoloji addım olduğuna inandırmağa çalışıram", – deyə baş nazir vurğulayıb.
O əlavə edib ki, Brüssel daha rasional və reallığa uyğun qərarlar vermək istəyirsə, mövcud yanaşmalara yenidən baxmalıdır:
"Xahiş edirəm, Avropa Komissiyası anti-Rusiya eynəklərini çıxarsın. Bu eynəklər çıxarılsa, biz daha məntiqli və düzgün qərarlar qəbul edə bilərik", – deyə Fiko qeyd edib.