Vaqif Vəliyev komadan ayıldı
Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komadan ayılıb.
Ajans.az xəbər verir ki, bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
O qeyd edib ki, atasının səhhətində irəliləyiş var:
"Atam süni tənəffüs aparatından ayrılıb. Müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam edir".
Qeyd edək ki, Vaqif Vəliyev özəl klinikaların birinə yerləşdirilib.
Mövzular: