Reklam resmi
Reklam resmi

Təyyarə quşla toqquşandan sonra uçuşunu ləğv edib- Bu ölkədə…

Təyyarə quşla toqquşandan sonra uçuşunu ləğv edib- Bu ölkədə…
Dünya

Hindistanın “Air India” aviaşirkəti quşla toqquşma halı qeydə alındıqdan sonra Çennaidən Kolomboya planlaşdırılan uçuşu ləğv etmək məcburiyyətində qalıb.

Ajans.az Hindistan mediasına istinadən xəbər verir.

Bildirilib ki, göyərtəsində 158 sərnişin olan təyyarə oktyabrın 7-də Çennai hava limanına enərkən quşla toqquşub. Hadisə yerə enişdən sonra texniki baxış zamanı müəyyən olunub.

“Ehtiyat tədbiri olaraq, aviaşirkət geri dönüş reysini ləğv etmək qərarına gəlib. Təyyarəyə texniki baxış keçiriləcək”, – deyə “Air India”nın sözçüsü qeyd edib.

Məlumata görə, təyyarə təhlükəsiz şəkildə enib və sərnişinlər arasında xəsarət alan olmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan Təyyarə

Digər Xəbərlər