Avropa Komissiyasına etimadsızlıq votumunun uğursuzluqla nəticələnəcəyi GÖZLƏNİLİR
Avropa Komissiyasına qarşı sağçı "Avropanın Dostları" fraksiyası və sol qruplar tərəfindən irəli sürülən iki etimadsızlıq votumunun müzakirəsinin gedişatı parlamentdə Avropa Komissiyasına (AK) kifayət qədər güclü dəstəyin olduğunu nümayiş etdirib.
Ajans.az xəbər verir ki , Fransa "Milli Birlik" partiyasının lideri Jordan Bardella və solçu deputat Manon Obri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni kəskin tənqid edib və onun istefasını tələb ediblər.
Bardella Ursula fon der Lyayeni "düşünülməmiş siyasət" aparmaqda ittiham edib. Onun sözlərinə görə, bu siyasət Avropanın sənayesini və kənd təsərrüfatını zəiflədir, bürokratiyanı gücləndirir və üzv dövlətlərə miqrasiya kvotaları tətbiq edir. O, Cənubi Amerika ilə sazişini "ticarət kapitulyasiyası" adlandıraraq bildirib ki, etimadsızlıq səsverməsi "azad millətlər Avropasını xilas etmək üçün bir şansdır".
Xüsusilə rezonans doğuran bəyanat isə belə olub: "Hazırkı genişlənmə siyasəti ilə sabah bəlkə də sivilizasiyamıza yad olan Türkiyə bizim masamızda oturacaq".