Reklam resmi
Reklam resmi

Şmıqal: Ukrayna Slovakiyadan "Bozena" minatəmizləmə maşınları alacaq

Şmıqal: Ukrayna Slovakiyadan \"Bozena\" minatəmizləmə maşınları alacaq
Dünya

Ukrayna Slovakiyadan beş ədəd "Bozena" minatəmizləmə maşını və digər avadanlıqlar alacaq.

Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal özünün "Telegram" kanalında məlumat verib.

"Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak ilə qeyri-öldürücü avadanlıq və mexanizmlərin verilməsi haqqında saziş imzaladıq. Slovakiya qarşılıqsız şəkildə Ukraynanı mühəndis və tikinti avadanlığı, o cümlədən "Bozena" maşınları, nəqliyyat, minatəmizləmə sistemləri və tibbi evakuasiya avadanlıqları ilə təmin edəcək", - paylaşımda deyilir.

Mövzular:
Ukrayna Slovakiya minatəmizləmə Şmıqal

Digər Xəbərlər