Reklam resmi
Reklam resmi

Koreyalı aktrisa fanatı tərəfindən vəhşicəsinə qətlə yetirilib

Koreyalı aktrisa fanatı tərəfindən vəhşicəsinə qətlə yetirilib
Dünya

Cənubi Koreyalı aktrisa və sosial şəbəkə fenomeni Yoon Ji-ah, canlı yayımından cəmi 30 dəqiqə sonra "VIP fanatı" tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onun cəsədi sentyabrın 11-də Şimali Jeolla əyalətinin Muju dağlarında çamadanda tapılıb.

Ajans.az xəbər verir ki,20 yaşlarında olan Ji-ah-ın boğularaq öldürüldüyü təsdiqlənib. Müstəntiqlərin fikrincə, qətl onun İncheonun Yeongjong adasında çəkiliş apardığı son yayımından dərhal sonra törədilib. Ji-ah-ın TikTok-da 300.000-dən çox izləyicisi vardı və bu hadisə ölkədə böyük rezonansa səbəb olub.

Qətli törətməkdə şübhəli bilinən şəxs – 50 yaşlarında olan və yalnız Choi soyadı ilə tanınan bir kişi – Ji-ah-ın fanatı və özünü İT şirkətinin rəhbəri kimi təqdim edib. Bildirilir ki, o, aktrisa ilə "iş ortaqlığı" vədi ilə yaxınlıq qurub. Məlumata görə, Choi platformadakı dəstək sisteminə əsasən ən yüksək - 56-cı səviyyəyə çataraq Ji-ah-ın fəaliyyətinə böyük maliyyə dəstək verib və bu, ona 53.000 funt-sterlinqdən baha başa gəlib.

Kbizoom xəbər verir ki, Ji-ah hadisədən əvvəl onunla əməkdaşlığı dayandırmaq istəyib. Qətldən bir gün əvvəl isə Choi-nin Ji-ah qarşısında diz çökərək yalvardığı anlar təhlükəsizlik kameralarına düşüb.

Choi hadisə günü qurbanın cəsədini böyük bir çamadanda daşıyaraq səkkiz fərqli məkanda dayandıqdan sonra Muju dağlarında tərk edib. O, cəsədin tapılmasından 12 saat sonra saxlanılıb. Başlanğıcda ittihamları inkar etsə də, sonradan qətl etdiyini etiraf edib.

Ji-ah-ın ölüm səbəbi asfiksiya (boğulma) kimi təsdiqlənib. Qurbanın anası bildirib ki, detektivlər CCTV görüntülərində Ji-ah-ın avtomobildən çıxmaq istədiyini, lakin zorla geri çəkildiyini və qapının bağlandığını göstəriblər.

Bu faciəvi hadisə Cənubi Koreyada sosial media fenomenləri və onların fanatları arasındakı təhlükəli münasibətlərin gündəmə gətirilməsinə səbəb olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Koreya Yoon Ji-ah

Digər Xəbərlər