Fransanın baş naziri istefasının səbəbini açıqlayıb
Fransanın baş naziri Sebastien Lecornu istefasının səbəbini açıqlayıb. O, istefasını ölkədəki dərin siyasi parçalanma və kompromis əldə etməyin mümkün olmaması ilə əlaqələndirib.
Ajans.az xəbər verir ki,bu barədə The Washington Post məlumat yayıb.
"Baş nazir olmaq, xüsusilə indiki dövrdə, çətin işdir", – deyə Lecornu bildirib.
Siyasətçi vurğulayıb ki, ölkədəki partiyalararası qarşıdurma onun fəaliyyətini əngəlləyib: “İrəliyə yol açmağa çalışdım, lakin partizan iştahlar kompromis tapmağı faktiki olaraq qeyri-mümkün etdi. Hər bir siyasi partiya elə davranır ki, guya parlamentdə çoxluğa sahibdir”.
Xatırladaq ki, Sebastien Lecornu cəmi bir ay əvvəl baş nazir təyin olunmuşdu.
Mövzular: