Reklam resmi
Reklam resmi

Starlink peykləri daha tez-tez Yerə düşəcək

Starlink peykləri daha tez-tez Yerə düşəcək
Dünya

İlon Maskın SpaceX şirkətinə məxsus Starlink peykləri yaxın gələcəkdə daha tez-tez Yerə düşə bilər.

Ajans.az EarthSky-a istinadən xəbər verir ki, gündə təxminən beş Starlink peykinin atmosferə daxil olaraq yanacağı proqnozlaşdırılır.

Harvard Universitetinin keçmiş astrofiziki Conatan Makdauell bildirib ki, hal-hazırda hər gün bir və ya iki peyk orbitdən çıxır. Onun sözlərinə görə, bu rəqəm yaxın zamanlarda gündə beşə çata bilər və bu proses artıq qaçılmazdır.

Makdauell qeyd edib ki, aşağı Yer orbitindəki peyklərin sayı sürətlə artır və yalnız SpaceX deyil, Amazon-un Kuiper layihəsi və Çin də daxil olmaqla digər ölkələr və şirkətlər də yeni peyklər buraxır. Peyklərin xidmət müddəti isə cəmi 5–7 ildir. Hazırda orbitdə 8 minə yaxın Starlink peyki var və bu sayın yaxın illərdə 30 mini keçəcəyi gözlənilir.

Ekspert həmçinin açıqlayıb ki, peyklərin düşməsi bəzən meteoritlərlə qarışdırıla bilər. Lakin kosmik zibilin atmosferə daxil olması təxminən iki dəqiqə davam edir və səmada daha uzun müddət görünür. Əksinə, meteoritlər adətən bir neçə saniyəyə yanaraq yox olur.

Qeyd edək ki, düşən peyklər Yerə çatmamış tam yanaraq atmosferdə məhv olur və əksər hallarda insanlar üçün təhlükə yaratmır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Starlink Yer

Digər Xəbərlər