Makron istefaya çağırıldı
Fransa prezidenti Emmanuel Makronun vəzifəsini tərk etməli olduğu barədə çağırışlar səngimir.
Ajans.az xəbər verir ki,“France Insoumise” partiyasının parlament qrupunun lideri Mathilde Panaud sosial şəbəkədəki X səhifəsində “Geri sayma başladı. Makron getməlidir” deyə yazıb.
O, həmçinin ölkədə baş naziri Sebastyan Lekornunun təyinatından cəmi bir ay sonra istefa verməsini və bir ildən az müddətdə üç baş nazirin uğursuzluğa düçar olmasını xatırladıb.
Hadisələr Fransada siyasi gərginliyi artırır və hökumətin gələcək taleyinə dair suallar yaradır.
Mövzular: