Ajans.az xəbər verir ki, bu barədə Mazovetski polis idarəsi sosial şəbəkə “X”də məlumat yayıb.

“Hazırda Zaremby Varxoly kəndində naməlum hava obyektinin aşkarlandığı ərazidə araşdırma aparılır”, – açıqlamada qeyd olunub.

Məlumata görə, qalıqların yaxınlığında yerləşən binalar yaşayışsızdır. Obyekti oktyabrın 4-ü axşam saatlarında bir kənd sakini aşkarlayıb.

Hadisənin təfərrüatları və obyektin mənşəyi ilə bağlı araşdırma davam edir.