Həmin şəxslərin hamısı Türkiyəyə deportasiya edilib. Bunlara Əlcəzair, Bəhreyn, Böyük Britaniya, İordaniya, İtaliya, Küveyt, Liviya, Mavritaniya, Malayziya, Mərakeş, ABŞ, Tunis, Türkiyə və İsveçrə vətəndaşları daxildir. Oktyabrın 3-də İsrail saxlanılan fəalların birinci qrupunu – dörd İtaliya vətəndaşını ölkədən çıxarmışdı.

“Sumud” flotiliyası sentyabrın ortalarında Tunisdən Qəzzaya yola düşüb. O, müxtəlif ölkələrə məxsus 40-dan çox gəmidən ibarətdir. Məlumata görə, missiyanın məqsədi zolağın blokadasını yarmaq və bölgəyə humanitar yardım çatdırmaq olub.