Ajans.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib .

Kreml sözçüsünə görə, Parisin hərəkətləri istənilən mənşəli beynəlxalq enerji nəqli kanallarını ciddi şəkildə təhlükə altına qoyur.

Oktyabrın 1-də "Reuters" xəbər verib ki, Fransa hakimiyyəti Rusiyaya qarşı sanksiya məhdudiyyətlərinə məruz qalan "Boracay" neft tankerini saxlayıb. Tankerin iki ekipaj üzvü dəniz qanunlarını pozmaqda şübhəli bilinərək saxlanılıb.