Reklam resmi
Reklam resmi

Britaniyada terror aktı ilə bağlı təhlükəsizlik gücləndirildi

Britaniyada terror aktı ilə bağlı təhlükəsizlik gücləndirildi
Dünya

Mançesterdə baş verə biləcək terror aktı ilə bağlı narahatlıqlardan sonra Böyük Britaniyada sinaqoqlarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Ajans.az xəbər verir ki,Baş nazir Keir Starmer məsələ ilə bağlı Sky News-a açıqlamasında bildirib ki, ölkə üzrə sinaqoqların ətrafına əlavə polis qüvvələri yerləşdiriləcək:

"Mən Londona qayıdıram və çatdıqdan sonra KOBRA (hökumətin fövqəladə hallar komitəsi) iclasına sədrlik edəcəyəm. Sinaqoqlar ətrafında əlavə polis resursları yerləşdiriləcək və biz yəhudi icmasının təhlükəsizliyini təmin etmək üçün bütün imkanlarımızı səfərbər edəcəyik", – deyə Starmer vurğulayıb.

Baş nazir bu açıqlamanı Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammiti zamanı verib.

Mançesterdə baş verən insidentin detalları hələlik tam açıqlanmayıb, lakin rəsmi qurumlar təhlükəsizlik risklərinə qarşı qabaqlayıcı addımlar atdıqlarını bildiriblər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Britaniya terror aktı

Digər Xəbərlər