Cəmiyyətin tibbi maariflənməyə EHTİYACI VAR
Dünən MTV kanalında psixoloq Ülviyyə Murtuzovanın təqdimatında “ Sənin Seçimin” verilişinin ilk buraxılışı yayımlanıb.
Ajans.az xəbər verir ki, verilişin ilk günündə tibbi maarifləndirmə, onun mexanizmi, tənzimlənmə strukturu və hansı istiqamətlərdə aparılması haqqında məsələlər müzakirə edilib.
Proqramda qonaq qismində millət vəkili Hikmət Babaoğlu, tibb elmləri namizədi Natiq Məmmədov və Elmi-Tədqiqat Kardiologiya İnstitunun baş həkimi Azad Hacıyev iştirak edib.
Qonaqlar mövzu haqqında öz fikirlərini bildiriblər. Onların fikrincə, sağlam cəmiyyətdə maarifləndirmənin hər bir növü( ictimai, hüquqi, tibbi və s.) inkişaf etdirilməlidir. Lakin tibbi maarifləndirmə ən üst səviyyədə olmalıdır. Çünki sağlamlıq insan və cəmiyyət üçün öndə gəlir. Tibbi sığortanın ölkəyə gətirilməsindən sonra maarifləndirmə daha da səmərəli hala gəlib.
Ətraflı süjetdə:
Bu gönderiyi Instagram'da gör