Eldar İsmayılov saxta ordeni Türkmənistan liderinə də təqdim edib
Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovın saxta təltiflərindən biri də Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədova verilib.
Ajans.az xəbər verir ki,sosial şəbəkələrdə yayılan görüntülərdə İsmayılovun 2022-ci ildə Türkmənistanda keçirilən rəsmi tədbirlərdən birində Berdiməhəmmədova “Dədə Qorqud” ordeni təqdim etdiyi əks olunub.
Kadrlardan aydın görünür ki, Eldar İsmayılov tədbirə tək qatılmayıb – onunla birlikdə Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev də iştirak edib.
Qeyd edək ki, Eldar İsmayılov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi – rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, onları hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə faktları üzrə cinayət işi başlanıb.
Hazırda İsmayılov istintaqa cəlb olunub və araşdırmalar davam etdirilir.
Посмотреть эту публикацию в Instagram