Reklam resmi
Reklam resmi

Danimarka Baş naziri: “Avropa Rusiya təhlükəsini ciddiyə almır”

Danimarka Baş naziri: “Avropa Rusiya təhlükəsini ciddiyə almır”
Dünya

Danimarkanın Baş naziri Mette Frederiksen Avropa ölkələrini Rusiyadan gələn təhlükəni düzgün qiymətləndirməməkdə və öz müdafiələrini gücləndirməkdə ləng davranmaqda ittiham edib.

Ajans.az xəbər verir ki,Frederiksen bu fikirləri Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammiti öncəsi jurnalistlərə verdiyi müsahibədə səsləndirib.

“Avropa ölkələri Rusiyanın yaratdığı təhlükənin reallığını lazımi səviyyədə qiymətləndirmir və öz müdafiəsi üçün hərəkətə keçməkdə çox yavaş davranır”, – deyə o bildirib.

Baş nazir əlavə edib ki, Avropanın müdafiə və hibrid hücumlara qarşı tədbirlər baxımından kifayət qədər sürətli reaksiya vermədiyi açıq şəkildə görünür.

“Heç bir ölkə bu məsələdə kifayət qədər sürətli hərəkət etmir. Hər kəs Rusiyanın nə qədər böyük bir təhlükə olduğunu hələ də düzgün qiymətləndirmir. Lakin tamamilə ‘heç nə etmirik’ də deyə bilmərik, çünki əslində bir çox işlər görürük,” – deyə Frederiksen vurğulayıb.

Onun sözlərinə görə, Avropa ölkələri müdafiə tədbirlərini daha da sürətləndirməli və genişləndirməlidir.

“Ümid edirəm ki, artıq hər kəs başa düşür: Ukrayna bizim ‘birinci müdafiə xəttimizdir’. Orada etdiyimiz hər bir şey əslində özümüzün və Avropanın qalan hissəsinin qorunmasına yönəlib,” – deyə Danimarkanın Baş naziri əlavə edib.

Sammit çərçivəsində Avropanın təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi və regional əməkdaşlıq əsas müzakirə mövzularından biri olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Danimarka Avropa Rusiya

Digər Xəbərlər