Reklam resmi
Reklam resmi

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cəmiyyət

Sabah Bakının Xəzər rayonunda qaz olmayacaq.

Ajans.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması məqsədilə 09.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binə Sovxoz yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Digər Xəbərlər