Reklam resmi
Reklam resmi

"AI aktyoru" Hollivudda narazılığa səbəb oldu

\"AI aktyoru\" Hollivudda narazılığa səbəb oldu
Dünya

Minlərlə aktyor kimi, Tilly Norwood da Hollivudda agent axtarır. Lakin onu digərlərindən fərqləndirən əsas cəhət – onun real insan olmamasıdır. Tilly Norwood tamamilə süni intellekt tərəfindən yaradılmış virtual personajdır və bu, Hollivudda ciddi narazılığa səbəb olub.

Ajans.az xəbər verir ki, özünü dünyanın ilk süni intellekt istedad studiyası kimi təqdim edən Xicoia adlı texnoloji şirkətin məhsuludur. Rəqəmsal personaj, hollandiyalı prodüser və komediyaçı Eline Van der Velden tərəfindən hazırlanıb və bu yaxınlarda Sürix Film Festivalının sənaye panelində – Sürix Sammitində təqdim edilib.

Norwood "Hollivudun ilk AI aktyoru" kimi təqdim olunsa da, sənaye nümayəndələri, aktyorlar və gildiyalar bu təşəbbüsü ciddi şəkildə tənqid ediblər. Ekran Aktyorları Gildiyası (SAG-AFTRA) məsələ ilə bağlı yaydığı bəyanatda bildirib:

"Tilly Norwood aktyor deyil. Bu, icazəsiz və ya təzminat olmadan saysız-hesabsız peşəkar ifaçıların işi üzərində təlim keçmiş kompüter proqramı tərəfindən yaradılmış bir personajdır. Onun nə həyat təcrübəsi var, nə də duyğuları. Tamaşaçılar hələ də real insan təcrübəsinə əsaslanan məzmunu izləməyə üstünlük verirlər."

Tənqidlər bununla bitmir. Hollivudun tanınmış simalarından biri, aktyor Frensis Fişer, ötən il Los-Ancelesdə keçirilən yazıçı və aktyorların tətil aksiyası zamanı əlində “AI sənət deyil” yazılmış plakatla çıxış etmişdi.

Aktyor Melissa Barrera sosial mediada etirazını belə ifadə edib:

“Ümid edirəm ki, bu təşəbbüsü dəstəkləyən agentliklərə bağlı olan bütün aktyorlar pullarını geri çəkərlər. Nə qədər kobud.”

Aktyor və rejissor Natasha Lyonne isə İnstagram hesabında bildirib:

“Bununla məşğul olan istedad agentlikləri bütün sənət gildiyaları tərəfindən boykot edilməlidir. Bu, dərin narahatlıq doğurur və düzgün yol deyil.”

Van der Velden isə əksinə, Tilly Norwood-un böyük potensiala sahib olduğunu iddia edir və yaxın vaxtlarda istedad agentliklərindən biri ilə müqavilə imzalanacağını bildirib.

Hazırda süni intellektin kino sənayesindəki rolu ilə bağlı müzakirələr daha da qızışır. Hollivudda bir çoxları Norwood kimi AI “aktyorların” gələcəkdə sənayedə əsas rollar alacağından narahatdır.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
AI Hollivud

Digər Xəbərlər