Məşhur aktyorun səhhəti pisləşib: əlil arabasındadır və danışa bilmir
Amerikalı aktyor Erik Dane-in səhhəti ilə bağlı narahatedici məlumatlar yayılıb.
Ajans.az xəbər verir ki,52 yaşlı ulduz hazırda əlil arabasından istifadə edir və danışmaqda ciddi çətinliklər yaşayır.
İnsayderlərin verdiyi məlumata görə, aktyorun səhhətində son aylarda kəskin pisləşmə müşahidə olunub və bu da onun gündəlik həyatına ciddi təsir göstərib. Hazırda onun dəqiq diaqnozu və vəziyyətinin səbəbləri ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, Erik Dane “Grey's Anatomy” və “The Last Ship” kimi layihələrlə tanınır.
Mövzular: