Avstriya rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib ölkədən ÇIXARDI
Avstriya OMV neft-qaz şirkətinin casusluqda şübhəli bilinən top-meneceri ilə görüşən rusiyalı diplomatı "persona non-qrata" (arzuolunmaz şəxs) elan edib.
Ajans.az "Kurier" nəşrinə istinadən verdiyi xəbərə görə, rusiyalı diplomat ölkəni tərk edib.
Bildirilir ki, OMV şirkəti də Avstriya Dövlət Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin bir neçə aydır izlədiyi top-meneceri işdən çıxarıb.
Məlumata görə, şirkətin əməkdaşı Qərbin xüsusi xidmət orqanlarının Federal Təhlükəsizlik Xidmətinin agenti saydığı rusiyalı diplomatla görüşüb.
OMV-nin top-menecerinin evində aparılan axtarış zamanı məxfi sənədlər aşkarlanıb.
Mövzular: