Reklam resmi
Reklam resmi

Sabah bu ərazilərdə işıq OLMAYACAQ

Sabah bu ərazilərdə işıq OLMAYACAQ
Cəmiyyət
315

Sentyabrın 29-da Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Ajans.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən  məlumat verilib. Bildirilib ki, Düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bununla bağlı sabah saat 10:00-dan 13:15-dək Sabirkənd, Qoşadizə, Aza, Azad, Kələntərdizə, Başdizə və Gilançay kəndlərinin elektrik təchizatında məhdudiyyətlər olacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

Mövzular:
İşıq Sabah Bu ərazilər

Digər Xəbərlər