logo
  • Əlaqə
  • Haqqımızda
  • Multimedia
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Dünya
  • Cəmiyyət
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sağlamlıq
  • Şou Biznes
  • Hərbi
  • Milli məclis
  • Mədəniyyət
  • Maliyyə
  • Digər
Əlaqə Haqqımızda
ajans.az
Multimedia Gündəm Siyasət İqtisadiyyat Hadisə
Menyu
Dünya Cəmiyyət İdman Kriminal Maraqlı Sağlamlıq Şou Biznes Hərbi Milli məclis Mədəniyyət Maliyyə Digər
Reklam resmi
Reklam resmi
Ana səhifə / Gündəm / Prezident Gəncə Memorial Kompleksinin açılışını edib - FOTOLAR

Prezident Gəncə Memorial Kompleksinin açılışını edib - FOTOLAR

Prezident Gəncə Memorial Kompleksinin açılışını edib - FOTOLAR
Gündəm 27-09-2025 - 17:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

Ajans.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı memorial lövhənin qarşısına əklil qoydu.

    Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

    Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verdi.

    Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

    Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər.

    Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.

    Bildirildi ki, Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə – yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.

    Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

    Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.

    Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada, həmçinin 1948–1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.

    Növbəti bölmələrdə 1987–1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə – atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.

    Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.

    Sonra Prezident İlham Əliyevin Gəncə Memorial Kompleksində şəhər sakinləri ilə səmimi görüşü oldu.

    Mövzular:
    Azərbaycan İlham Əliyev 27-də – Anım Günü Gəncə Gəncə Memorial Kompleksi
    Paylaş:

    Digər Xəbərlər

    Sabah Bakıda hərbi yürüşlər keçiriləcək

    Sabah Bakıda hərbi yürüşlər keçiriləcək

    Gündəm 17:44 / 25-06-2026
    Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları...

    Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları...

    Gündəm 12:21 / 25-06-2026
    TƏBİB rəhbəri daha üç nəfəri İŞDƏN ÇIXARDI

    TƏBİB rəhbəri daha üç nəfəri İŞDƏN ÇIXARDI

    Gündəm 00:56 / 25-06-2026
    Anar Bayramov onu vəzifəsindən AZAD ETDİ

    Anar Bayramov onu vəzifəsindən AZAD ETDİ

    Gündəm 23:12 / 24-06-2026
    Telefonu maşına çırpıb sürücüdən pul istəyən TUTULDU - VİDEO

    Telefonu maşına çırpıb sürücüdən pul istəyən TUTULDU - VİDEO

    Gündəm 22:17 / 24-06-2026
    ABB kartlarından silinən pullar nə zaman geri qaytarılacaq?

    ABB kartlarından silinən pullar nə zaman geri qaytarılacaq?

    Gündəm 20:40 / 24-06-2026
    İcra başçıları ilə bağlı - VACİB QƏRAR

    İcra başçıları ilə bağlı - VACİB QƏRAR

    Gündəm 14:21 / 24-06-2026
    Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan AYRILDI

    Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan AYRILDI

    Gündəm 04:05 / 24-06-2026
    Çimərliklərdə görünməyən ÖLÜM TƏLƏSİ

    Çimərliklərdə görünməyən ÖLÜM TƏLƏSİ

    Gündəm 17:46 / 23-06-2026
    İlham Əliyev Şuşada balaca sakinlərlə görüşdü - VİDEO

    İlham Əliyev Şuşada balaca sakinlərlə görüşdü - VİDEO

    Gündəm 16:41 / 23-06-2026
    Bakıda 6 istiqamətdə tıxac var

    Bakıda 6 istiqamətdə tıxac var

    Gündəm 13:08 / 23-06-2026
    Ərəb qonaqlar Kəmaləddin Heydərovla QƏBƏLƏDƏ

    Ərəb qonaqlar Kəmaləddin Heydərovla QƏBƏLƏDƏ

    Gündəm 23:21 / 22-06-2026
    - -

    Xəbər lenti

    18:48 / 25-06-26 Dünya

    Rusiya ABŞ-ni Ukraynaya silah tədarükünün riskləri barədə xəbərdar edib

    18:41 / 25-06-26 Hadisə

    Mahaçqalada atışma olub - Ölən və yaralanan var

    18:35 / 25-06-26 Hadisə

    Tovuzda kişi məktəbə gələrək həyat yoldaşını DÖYDÜ

    18:29 / 25-06-26 Hadisə

    Sabirabadda ağır qəza: Ölən və yaralananlar var

    18:20 / 25-06-26 Dünya

    Venesuela zəlzələlərdən sonra dəstəyə görə Azərbaycana təşəkkür edib

    18:08 / 25-06-26 Siyasət

    Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib

    17:56 / 25-06-26 Siyasət

    Əli Əsədov yeni qərar imzaladı

    17:48 / 25-06-26 Hərbi

    Gənc zabitlər Vətənə sədaqət andı içdilər - VİDEO

    17:44 / 25-06-26 Gündəm

    Sabah Bakıda hərbi yürüşlər keçiriləcək

    17:34 / 25-06-26 Cəmiyyət

    Bu imtahanın nəticələri yaxın 3 həftədə elan olunacaq

    17:23 / 25-06-26 Cəmiyyət

    Prezidentin təltif etdiyi general-mayor kimdir? – DOSYE

    17:18 / 25-06-26 Dünya

    Dünya Kubokunda FACİƏ: Avtomobil azarkeşlərin üzərindən KEÇDİ

    17:07 / 25-06-26 Cəmiyyət

    Həftəsonu hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

    17:00 / 25-06-26 Cəmiyyət

    Aqşin Fatehin restoranı bağlandı

    16:51 / 25-06-26 Cəmiyyət

    Adil Kərimli açılış mərasimində iştirak edib

    Bütün xəbərlər

    Çox oxunanlar

    Azərbaycana çoxlu sayda SİÇAN-SİÇOVUL GƏTİRİLİR

    Azərbaycana çoxlu sayda SİÇAN-SİÇOVUL GƏTİRİLİR

    19:09 / 09-06-26
    Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

    Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

    02:23 / 16-06-26
    3 şəhər bir neçə dəqiqə ərzində XƏRİTƏDƏN SİLİNƏCƏK - 60 min insan... - ŞOK

    3 şəhər bir neçə dəqiqə ərzində XƏRİTƏDƏN SİLİNƏCƏK - 60 min insan... - ŞOK

    19:23 / 02-06-26
    Kimin evində varsa ŞAD XƏBƏR- QİYMƏT ARTDI

    Kimin evində varsa ŞAD XƏBƏR- QİYMƏT ARTDI

    19:29 / 04-06-26
    Yaşı 50 -dən yuxarı olanların NƏZƏRİNƏ

    Yaşı 50 -dən yuxarı olanların NƏZƏRİNƏ

    02:46 / 31-05-26
    Azərbaycanda aeroport yolunda səmada qəribə GÖRÜNTÜ

    Azərbaycanda aeroport yolunda səmada qəribə GÖRÜNTÜ

    22:20 / 09-06-26
    Ajans.az

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

    PULSUZ abunə ol

    Ən son xəbərləri, yeniləmələri və xüsusi təklifləri birbaşa gələnlər qutunuzda əldə etmək üçün abunəçilər siyahısına qoşulun

    Copyright 2024 Ajans.az - Bütün hüquqları qorunur

    Qaydalar və Şərtlər