Reklam resmi
Reklam resmi

Bakının bu rayonlarında qaz olmayacaq

Bakının bu rayonlarında  qaz olmayacaq
Cəmiyyət

Bu gün Bakının Nəsimi, Qaradağ və Yasamal rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu haqda Ajans.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, "Alatava" qazpaylayıcı stansiyadan (QPS) qidalanan "Mikrorayon" 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin "Duvannı" QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləri ilə əlaqədar, sentyabrın 26-da saat 10:00-dan etibarən işlər başa çatanadək "Mikrorayon" ölçü qovşağından və "Duvannı" QPS-dən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən "Main" MTK-nın qaz təchizatında fasilə yaranacaq.

Mövzular:
Nəsimi Qaradağ Yasamal Qaz

Digər Xəbərlər