İlham İsmayıl SAXLANILDI
Ekspert İlham İsmayıl saxlanılıb.
Ajans.az xəbər verir ki, o, dələduzluqda ittiham olunur.
Onun polis tərəfindən saxlanıldığı bildirilir.
Hələlik barəsində qətimkan tədbiri yoxdur.
İlkin məlumata görə, o, xaricdə yaşayan oğlu ilə əlbir olaraq vətəndaşa qarşı dələduzluq əməlində ittiham olunur.
Faktla bağlı Cinayət Məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib.
Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” imiş.
İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.
Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. \Unikal.az