Reklam resmi
Reklam resmi

İlham Əliyevin BMT-dəki çıxışı BAŞA ÇATDI

İlham Əliyevin BMT-dəki çıxışı BAŞA ÇATDI
Siyasət

"Biz istərdik ki, birlik və bərabərlik içində, sülh şəraitində yaşayaq."

Ajans.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı söyləyib.

Dövlət başçısı qeyd edib:

“Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar”.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.

“Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mövzular:
Prezident Azərbaycan İlham Əliyev BMT çıxış

Digər Xəbərlər