Reklam resmi
Reklam resmi

Zaur Əliyev Kürdəmir, Ucar və Zərdab rayon sakinlərini qəbul edib

Zaur Əliyev Kürdəmir, Ucar və Zərdab rayon sakinlərini qəbul edib
Cəmiyyət

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Kürdəmir, Ucar və Zərdab rayon sakinlərini qəbul edib.

Ajans.az xəbər verir ki, tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. 

Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.

Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Mövzular:
Zaur Əliyev rayon sakinləri qəbul

Digər Xəbərlər