Reklam resmi
Reklam resmi

Şimşək çaxıb, leysan yağıb

Şimşək çaxıb, leysan yağıb
Cəmiyyət

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Bu barədə Ajans.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Oğuzda 12, Lerikdə 9, Şamaxı 8, Şəkidə (Kişçay) 7, Göygöl, İsmayıllı, Neftçala, Astara, Yardımlı, Lənkəran, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Ağdam, Daşkəsən, Gədəbəy, Sabirabad, Cocuq Mərcanlı, Tovuz, Culfa, Qobustan, Bərdə, Zərdabda 3 mm-dək qeydə alınıb.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Mövzular:
Şimşək yağış dolu hava

Digər Xəbərlər