Reklam resmi
Reklam resmi

İspaniyaya miqrant qayığında iki azyaşlı qıza təcavüz edildiyi iddia olunur

İspaniyaya miqrant qayığında iki azyaşlı qıza təcavüz edildiyi iddia olunur
Dünya

Avropaya doğru hərəkət edən miqrant qayığında iki azyaşlı qızın zorlandığı iddia edilib. Hadisə İspaniyanın Formentera sahillərindən 43 mil cənubda baş verib.

Ajans.az xəbər verir ki,dəniz xilasetmə qrupları ümumilikdə 29 miqrantın olduğu qayıq aşkarlayıb və xilas edib. Miqrantların hamısının Saharaaltı Afrikadan olduğu bildirilib.

Zərərçəkən qızlar İbizadakı Can Misses Xəstəxanasına yerləşdirilib və onlarla müvafiq tibbi müayinələr aparılıb. Qızlar İspaniya polisinə verdikləri ifadələrdə, birlikdə səyahət etdikləri iki kişi tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər. Polis onların 16 yaşdan kiçik olduğunu təsdiqləyib.

Cinsi zorakılıq protokolu çərçivəsində xəstəxanaya növbətçi ginekoloq və təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb olunub. Faktla bağlı istintaq davam edir.

Hadisə, Saharaaltı Afrikadan olan miqrantların dənizdə ölümlə nəticələnən qeyri-insani münasibətlərə məruz qaldığı barədə xəbərlərin yayıldığı bir vaxtda baş verib. Bildirilir ki, bəziləri səyahət zamanı işgəncələrə məruz qalır, bəziləri isə dənizə atılaraq öldürülür.

Bu arada, Balear adalarında – xüsusilə İbiza və Formenterada – miqrant böhranı daha da kəskinləşib. 2025-ci ilin ilk doqquz ayında bölgəyə 2094 miqrantla 126 qayıq gəlib.

Balear hökuməti miqrant axınının qarşısını almağa çalışır və Kanar adalarından azyaşlı miqrantların qəbul edilməsinə qarşı çıxır. Hökumət regional resursların tükəndiyini, yerləşdirmə imkanlarının artıq dolduğunu və bu yükün qeyri-mütənasib olduğunu bildirib.

Regional rəhbərlik, Madridin göndərmək istədiyi yeni miqrant uşaqları qəbul etməyəcəklərini bəyan edib və mübahisənin hüquqi müstəviyə çıxarılacağını istisna etməyib. Balear vitse-prezidenti Antoni Kosta vəziyyəti “görünməmiş və qəbuledilməz” adlandırıb.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İspaniya miqrant

Digər Xəbərlər