Reklam resmi
Reklam resmi

Dua Lipa Fələstinə qarşı olan meneceri işdən çıxarıb

Dua Lipa Fələstinə qarşı olan meneceri işdən çıxarıb
Dünya

Məşhur pop ulduzu Dua Lipa, İrlandiyalı rep qrupu Kneecap-ın Glastonbury festivalındakı çıxışının qarşısını almağa cəhd etdiyi bildirilən uzunmüddətli meneceri David Levy ilə yollarını ayırıb.

Ajans.az xəbər verir ki, Levinin qrupun siyasi əlaqələrinə görə festival proqramından çıxarılmasını tələb etdiyi məktubun sızdırılmasından sonra bu addımı atıb.

Festivalın yaradıcısı Maykl Evisə göndərilən və "şəxsi və məxfi" olaraq qeyd edilən məktubda Levinin adı imza hissəsində yer alıb. Məktubun ictimailəşməsindən sonra mənbələr bildiriblər ki, Dua Lipa menecerin bu prosesdə iştirakından xəbər tutan kimi onun karyerasını idarə etməsinə son qoymaq üçün dərhal tədbir görüb.

Kneecap qalmaqallı məktuba baxmayaraq Glastonbury səhnəsində çıxış edib. Qrup üzvləri hadisəni "siyasi polis tərəfindən hədə-qorxu" kimi qiymətləndiriblər. Qrupun üzvü Mo Çara isə əvvəlki bir tədbirdə Hizbullah bayrağı nümayiş etdirdiyi iddiası ilə ayrı bir araşdırmaya cəlb olunub.

Dua Lipa özü isə daha öncə Fələstinə dəstəyini açıq şəkildə ifadə edib, sosial mediada İsrailin Qəzzadakı hərəkətlərini "soyqırımı" adlandırıb və Böyük Britaniyanın münaqişədə iştirakçılığına etiraz edən mitinqlərdə iştirak edib.

Hazırda WME tərəfindən təmsil olunan Lipa, ictimai mövqeyinə daha uyğun hesab edilən yeni agentlə əməkdaşlığa başlayıb.

Müğənninin “Radical Optimism” dünya turu davam edir. Onun son çıxışları Madison Square Garden səhnəsində baş tutub və tur 2025-ci ilin sonunadək Şimali və Cənubi Amerikada bir sıra şoularla davam edəcək.

Конец формы

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Dua Lipa Fələstin

Digər Xəbərlər