Reklam resmi
Reklam resmi

Polşanın ən böyük hava limanı bu tarixlərdə gecə İŞLƏMƏYƏCƏK

Polşanın ən böyük hava limanı bu tarixlərdə gecə İŞLƏMƏYƏCƏK
Dünya

Polşanın ən böyük hava limanı olan Varşavadakı Şopen hava limanı sentyabrın 27-i və 28-i gecə saatlarında heç bir uçuş həyata keçirməyəcək.

Ajans.az xəbər verir ki, bu barədə aeroportun Hava Hərəkətinə Nəzarət Xidmətindən məlumat verilib.

Bu qərarın səbəbi açıqlanmasa da, məlumatın bütün hava məkanı istifadəçilərinə çatdırıldığı bildirilib.

Eyni zamanda, Varşavada fəaliyyət göstərən digər iki hava limanı göstərilən vaxt ərzində iş qrafiklərində hər hansı dəyişiklik barədə məlumat verməyib.

Qeyd edək ki, sonuncu dəfə Şopen Hava Limanı müvəqqəti olaraq sentyabrın 10-da fəaliyyətini dayandırmışdı.

Mövzular:
hava liman işləməyəcək gecə Polşa

Digər Xəbərlər