Reklam resmi
Reklam resmi

Jalə Əhmədova və Könül Nurullayeva bu səbəbdən İSTEFA VERDİLƏR

Jalə Əhmədova və Könül Nurullayeva bu səbəbdən İSTEFA VERDİLƏR
Cəmiyyət

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

Ajans.az xəbər verir ki, bu barədə DAF-dan məlumat verilib.

Məlumata görə, istefa edənlər DAF Prezidenti, sabiq millət vəkili, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, qurumun 1-ci vitse-prezidenti, millət vəkili Könül Nurullayeva, vitse-prezident Anar Qurbanov, ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova və katibliyin rəhbəri Tünzalə Əzimovadır.

Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər isə prezident Fuad Quliyev, 1-ci vitse-prezident Mehman Səfərov, vitse-prezident Davud Davudov, könüllülərlə iş departamentinin rəhbəri Jalə Məmmədova olub.

Əldə etdiyimiz məlumata görə istefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

Xatırladaq ki, Dünya Alpaqut Federasiyası 12 fevral 2014-cü ildə təsis olunub. Federasiya idman ustası Vasif Namazovun təşəbbüsü ilə yaradılıb.

Mövzular:
vəzifə istefa DAF

Digər Xəbərlər