Sabah bu qəsəbədə qaz OLMAYACAQ
Sabah Şağan qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.
Ajans.az xəbər verir ki,bu barədə "Azəriqaz"dan məlumat verib.
Bildirilib ki, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik ortatəzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.
Mövzular: