Reklam resmi
Reklam resmi

Britaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

Britaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb
Dünya

Böyük Britaniyanın Metropoliten Polisi, Rusiyaya casusluq etməkdə şübhəli bilinən üç nəfərin saxlanıldığını açıqlayıb. Onların Milli Təhlükəsizlik Qanunu əsasında tutulduğu və London polis bölməsinə aparıldığı bildirilir.

Ajans.az Sky News-a istinadən xəbər verir ki, saxlanılan şəxslər iki kişi və bir qadındır. Onlar Esseks qraflığında aparılan antiterror təhqiqatı çərçivəsində Rusiya kəşfiyyatına əməkdaşlıq etməkdə şübhəli bilinir.

Polisin yaydığı məlumata görə:

  • 41 yaşlı kişi və 35 yaşlı qadın Esseksin Qreys şəhərindəki bir ünvanda saxlanılıb,
  • 46 yaşlı kişi isə başqa bir ünvanda tutulub.

Hüquq-mühafizə orqanları Esseksdə iki müxtəlif ünvanda axtarış aparıb. Hər üç şübhəli şəxs məhz bu axtarışlar zamanı tapılaraq nəzarət altına alınıb.

Hazırda hadisə ilə bağlı istintaq davam edir və təfərrüatlar ictimaiyyətlə bölüşülmür. Britaniya polisi məsələni milli təhlükəsizlik və xarici dövlətin xeyrinə casusluq kontekstində araşdırır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya Rusiya

Digər Xəbərlər