Qazaxıstanlı dicey ikinci dəfə Qremmi mükafatına NAMİZƏD OLDU
Qazaxıstanlı prodüser və dicey İmanbek Zeykenov ikinci dəfə Qremmi mükafatına namizəd olub.
Ajans.az xəbər verir ki, Zeykenovun müğənni Taichu ilə birgə bəstəsi “Ən yaxşı Latın Elektron Musiqi İfası” nominasiyası mükafatı uğrunda mübarizə aparacaq.
2021-ci ildə İmanbek "Qızılgüllər" əsəri ilə "Ən Yaxşı Remiks" üzrə Qremmi mükafatını qazanıb.
Trek YouTube-da 145 milyondan çox baxış toplayıb və ABŞ-da Billboard Hot 100-ün ilk beşliyinə daxil olub. Mahnı TikTok-da da viral olub.
Zeykənov Uşer, VizXalifa, David Guetta və Rita Ora kimi xarici ulduzlarla əməkdaşlıq edib.
Mövzular: