Reklam resmi
Reklam resmi

Paytaxtın bu qəsəbəsində qaz olmayacaq

Paytaxtın bu qəsəbəsində qaz olmayacaq
Cəmiyyət

Sabah Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Bu haqda Ajans.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Mövzular:
Sabunçu rayonu Zabrat qəsəbəsi qaz təchizatı

Digər Xəbərlər