Reklam resmi
Reklam resmi

Londonda həyəcan: Trampın səfəri üçün təhlükəsizlik əməliyyatı hazırlanır

Londonda həyəcan: Trampın səfəri üçün təhlükəsizlik əməliyyatı hazırlanır
Dünya

ABŞ Prezidenti Donald Tramp sentyabrın 17-də Böyük Britaniyaya ikinci dövlət səfərinə başlayıb. Bu, Britaniya tarixində ilk dəfə olaraq bir xarici liderin iki dəfə dövlət səfərinə dəvət edilməsidir.

Ajans.az Britaniya mediasına istinadən xəbər verir ki,3 gün davam edəcək səfərdə əsas diqqət ABŞ-Böyük Britaniya texnologiya və enerji əməkdaşlığına yönələcək. Səfər çərçivəsində süni intellekt, kvant hesablamaları, nadir torpaq elementləri və nüvə enerjisi sahələrində birgə təşəbbüslərin irəli sürüləcəyi gözlənilir.

Nvidia, OpenAI və Apple rəhbərlərinin də təqdimatlara qoşulacağı bildirilir. AI texnologiyası, məlumat mərkəzlərinə investisiyalar və Çinə texnoloji asılılığın azaldılması əsas mövzulardandır.

May ayında imzalanan ikitərəfli ticarət razılaşmasının detalları da müzakirə olunacaq. Razılaşma, Britaniya iqtisadiyyatı üçün ciddi siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Lakin Qəzza və Ukrayna ilə bağlı diplomatik irəliləyişlərin səfər zamanı gündəmə gəlməsi gözlənilmir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya ABŞ

Digər Xəbərlər